Şəmkirdə silahlı insident olub

Şəmkirdə silahlı insident olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR