Daha bir kəndə təbii qaz verilib - Sabirabadda

Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-a verilən məlumata görə, 240 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 26 654 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abunəçinin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda Sabirabad rayonunun Yastıqobu kəndində və Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR