Goranboyda “KAMAZ”la minik avtomobili toqquşub

Goranboy rayonunun Goran qəsəbəsində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR