Qadın təyyarədə soyundu, dava saldı

Rusiyanın "Azur Air" aviaşirkətinin Moskva-Antalya reysi ilə uçan təyyarəsində insident yaşanıb.

Metbuat.az milli.az-a istinadən bildirir ki, Moskvadakı Domodedovo hava limanının "Duty Free" bölməsində spirtli içki alaraq sərxoş olan qadın sərnişin təyyarəyə minəndən sonra dava salıb.

Təyyarə heyəti qadının əl-ayağını kəmərlərlə bağlamalı olublar.

Fəqət, sərxoş qadın sakitləşməyib. Ağlayaraq başını salonun divarına vuran qadın qışqırırdı: "Sənə yalvarıram! Əllərimi bağlayıblar! Səninlə əlaqə saxlaya bilmirəm! Sən nə baş verdiyini görmürsən! Mənə bax! Qanıma bax! Onlar murdardır, yalançıdır! Onlar səni aldadırlar!"

Təyyarə Antalya limanına çatanda qadını azad buraxıblar.

İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR