“Mədəsini kəsdirsə də, arıqlamadı”

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova mədəkiçiltmə əməliyyatı etdirib.

Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, əməliyyatdan 1 aydan çox vaxt keçsə də, prodüserin çəkisində fərq olmaması müzakirələrə səbəb olub. Sosial şəbəkədə yeni fotoları yayılan Təranəyə izləyicilər “Mədəsini kəsdirsə də, arıqlamadı” kimi şərhlər yazıblar.

Səmədova ünvanına deyilən tənqidlərə cavab verib:

“Mədəmin hamısı yox, bir hissəsi kəsilib. Əməliyyatdan sonra 13 kiloqram çəki atmışam. Mənim çəkim 104-105 kiloqram idi. Ona görə də arıqlamağım nəzərə çarpmır.
1 ay sərt pəhriz saxladım, hazırda çalışıram az yeyim. Çox yağlı yemirəm. Həm də mədəmin həcmi o qədər kiçikdir ki, çox yeyə bilmərəm. Onu da sağlam qida ilə doldururam.


Sosial şəbəkədə mənə tənqid yazanlara isə sadəcə gülürəm. Hələ nəticə qarşıda olacaq. Vaxt hər şeyi göstərəcək. Bir aya o nəticəni əldə etmək olmaz”.



İşığa necə qənaət edək? - BUNLARA DİQQƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR