Çöldə heyvan otararkən uşaqlar tapdı:

Türkiyənin Qars şəhərinin Diqor rayonunda inanılmaz hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, çöldə heyvan otaran uşaqlar avtomobil yolunun kənarında maraqlı mənzərə ilə qarşılaşıblar. Onlar həmin yerdən su çıxdığını hiss edib, dərhal ailələrinə xəbər veriblər. Hadisə yerinə gələn kənd sakinləri şoka düşüblər. Belə ki, ərazidə illərdir içməli su yoxdur və insanlar 20 kilometr uzaqlıqdan heyvanların üzərində su daşıyırlar.

Kənd sakinləri həmin yerin ətrafını quyu şəklində qazaraq suyu bir yerə toplayıblar.

Rəsmi qurumlar suyun tərkibi ilə bağlı araşdırma aparıblar və tezliklə sakinlərin bu suyu öz evlərində də istifadə edə biləcəkləri xəbərini veriblər.

Kənd sakinləri bu sevingli anlarını sosial mediada paylaşıblar.

Sərdar Məmmədov / Metbuat.az

Qızıl və gümüş medal alan məzunlar - SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR