Gürcüstanla həmsərhəd rayonlara vaksin göndərilib

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması qeydə alınıb.

Metbuat.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin açıqlamasında deyilir ki, xəstəliyin Azərbaycana keçməsinin qarşısını almaq məqsədilə Xidmət qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə nodulyar dermatıt xəstəliyi əleyhinə 15 000 doza miqdarında əlavə vaksin göndərib. Artıq vaksinlər lazımı temperatur rejimi gözlənilməklə Qazax, Ağstafa, Tovuz və Balakən rayonlarına çatdırılıb. Bundan əlavə heyvanların kütləvi satışı həyata keçirilən Bərdə rayonuna da nodulyar dermatıt xəstəliyi əleyhinə əlavə vaksin göndərilib.

Peyvəndləmə tədbirlərinin “soyuq zəncir” prinsipinə uyğun qısa zaman kəsiyində başa çatdırılması nəzərdə tutulub. Tədbir 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda qabaqlayıcı tədbir olaraq immunitet yaratmaq və Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

Qeyd edək ki, 2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub. Hazırda respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Qızıl və gümüş medal alan məzunlar - SİYAHI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR