Maliyyə Nazirliyi AMEA-da nöqsanlar aşkarladı

Maliyyə Nazirliyi AMEA-da nöqsanlar aşkarladı
21:08 15 Avqust 2018
37 Digər
Ölkə mətbuatı
A- A+

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri zamanı Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat institutlarında aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı aşkarlanıb.

Bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan Respublikası tərəfindən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/250635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR