Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub
04:35 16 Avqust 2018
Ölkə mətbuatı
A- A+

"DisplayMate" analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb. Ötən həftə təqdim edilmiş "Galaxy Note9" planşetofonu  dünyada ən keyfiyyətli displeyə malik aparat elan edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, 6,4 düymlük "SuperAMOLED" panel rənglərin ötürülmə dəqiqliyi, parlaqlıq və baxış bucağı daxil olmaqla bütün göstəricilər üzrə ən keyfiyyətli displey seçilib. Hesabatda deyilir ki, yeni aparatın ən yüksək parlaqlığı ötən ilki "Note8" ilə müqayisədə 27% yüksəkdir.
 
Yeni qabaqcıl aparat 1020 nit parlaqlığa malikdir ki, bu da "Note8" və "Galaxy S9" ilə müqayisədə cüzi azdır, ancaq ağ rəngli şəklin göstərilməsi zamanı parlaqlıq 710 nitə bərabərdir ki, bu da "Samsung"un ötən ilki qurğularından daha yaxşıdır.
 
Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56069-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR