Tramp: “ABŞ-ın metallurgiya sənayesi xilas olacaq”

Tramp: “ABŞ-ın metallurgiya sənayesi xilas olacaq”
07:28 16 Avqust 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Çindən və başqa ölkələrdən poladın idxalına tətbiq edilən rüsumlar ABŞ-a metallurgiya sənayesini xilas etməyə icazə verəcək.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Wall Street Journal” qəzetinə müsahibədə bildirib.

Trampın sözlərinə görə, poladın qiyməti qısamüddətli perspektivdə arta bilər, ancaq sonda qiymətlər düşəcək və administrasiyanın hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi üçün ən əhəmiyyətli rolu oynayan sənayeni xilas edəcək.

Qeyd edək ki, ABŞ iyununda 25-də Çindən idxal edilən məhsullara, o cümlədən polada ümumi məbləği 50 milyard dollarlıq 25 faiz ölçüsündə rüsumlar tətbiq edib. ABŞ Çinin Amerikanın intellektual mülkiyyətini və texnologiyaları oğurlamasını, həmçinin haqsız ticarət aparmasını səbəb olaraq göstərib.

Avqustun 10-da isə ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20, polada isə 50 faiz gömrük rüsümu tətbiq olunacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR