Ukrayna generalı Rusiya ilə bütün münasibətləri kəsməyə çağırdı

Ukrayna generalı Rusiya ilə bütün münasibətləri kəsməyə çağırdı
08:18 16 Avqust 2018
47 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Təhlükəsizlik Xidmətinin Baş idarəsinin keçmiş rəhbəri, general-mayor Vasiliy Vovk Rusiya ilə münasibətləri tamamilə kəsməyə çağırıb.

Publika.az xəbər verir ki, general bu haqda “Obozrevatel” nəşrinə açıqlamasında bildirib.

“Əgər biz dəmiryol əlaqəsini kəsəcəyiksə, onda bütün münasibətləri kəsək. Gəlin, ümumiyyətlə bütün münasibətləri, Rusiya isə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini ləğv edək”, - Vovk deyib.

General həmçinin Rusiya ilə maliyyə münasibətlərini dayandırmağa və ticarəti bloklamağa çağırıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti münasibətlərin qadağası məsələsini işləməli, “birbaşa və birmənalı” hərəkət etməlidir.

Daha əvvəl Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib ki, hazırda Rusiya ilə dəmiryol əlaqəsinin dayandırılması məsələsinə baxılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/250665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR