Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı - VİDEO

Ermənistanda çağırışçıların xidmətdən azad edilməsi üçün külli miqdarda rüşvət alınması faktının üstü açılıb, bir neçə nəfər saxlanılıb.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, Milli Təhlükəsizlik Xidmətinin sabiq əməkdaşı çağırışçının atasından əsgərlikdən möhlət hüququ almaq və xidmətdən azad edilməsi üçün 15 000 dollar alıb. Nəticədə iki nəfər A.A və Ş.Q adlı şəxslər faktla bağlı həbs edilib.

Eyni zamanda “N” saylı hərbi komissarlığın rəisi çağırışçının atasından 19 min dollar rüşvət alıb. Cinayət işində bir neçə oxşar epizod mövcuddur. Komissarlığın rəisi tutulub və faktla bağlı saxlanılan digər şəxs barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR