596 bal topladı, ali məktəbə qəbul ola bilmədi

596 bal topladı, ali məktəbə qəbul ola bilmədi
11:03 16 Avqust 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Bu il ali məktəbə qəbul imtahanında iştirak edən İbrahim Əsgəri adlı abituriyent 596 bal toplasa da, ali məktəbə qəbul olmayıb.

Publika.az xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov yayıb.

Onun sözlərinə görə, abituriyent birinci imtahanda 529, ikinci imtahanda isə 596 bal toplayıb.

Abituriyentin balı seçdiyi ixtisaslar arasında həm dövlət sifarişli, həm də ödənişli yerlərin keçid balına uyğun olsa da, heç birinə qəbul olmayıb.

Abituriyentin valideynləri bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edəcəklərini bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/250683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR