Azərbaycanda neft istehsalı artıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 22 milyon 566,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 16 milyard 946,9 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmin 10 milyard 475,3 milyon kubmetrini əmtəəlik təbii qaz təşkil edib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a bildirilib ki, yeddi ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,2 milyard manat olmaqla əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,8 faiz azalıb.

Ölkədə neft istehsalı 0,3 faiz artıb, qaz hasilatı isə 3,6 faiz azalıb.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR