Abituriyent saxtakarlıq edib? - DİM-dən açıqlama

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında 596 bal toplayan abituriyent universitetə qəbul ola bilməyib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov qeyd edib.

“Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Elektron ərizəsində də görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. 15 illik təcrübəmdə belə şey görməmişəm. Deyəsən, DİM sürüşdürüb”, - ekspert bildirib.

Məsələ ilə bağlı danışan Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, sözügedən fotoda düzəliş edilib:

“Araşdırdıq və məlum oldu ki, Əsgərli İbrahim Əli oğlu fotoşopla elektron ərizənin fotosu üzərində dəyişiklik edib. Həmin abituriyent fotoda qeyd olunduğu kimi 596 yox, daha aşağı bal toplayıb. Bu, böyük bir saxtakarlıqdır. Əsgərli İbrahim öz nəticəsini yüksək təqdim etməklə qayda pozuntusuna yol verib”.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR