Bakı-APA. Əfqanıstan hökuməti ölkənin cənubunda “İŞİD” silahlılarının olmasını təsdiqləyib.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, ekstremistlər yerli əhalini öz sıralarına qatır və hətta Taliban hərəkatı silahlıları ilə toqquşmalara cəlb edilirlər.
Məlumata görə, Əfqanıstanda “İŞİD” qüvvələrinə Molla Abdul Rauf adlı şəxs rəhbərlik edir. “Taliban” qruplaşmasının nümayəndələri, öz növbəsində, yerli əhalini “İŞİD”lə əlaqələr qurmaqdan yayınmağa çağırırlar.