Yol qaydalarını pozanlara 34 milyon manatdan çox cərimə yazılıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1 milyon 619,7 min olub.

Dövlət Baytarlıq Xidmətindən Metbuat.az-a verilən məlumata görə, xətaların 50,3 faizi yolda müəyyən edilmiş sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimə tətbiq edilib.

Sevgilisinə söz atan oğlana görün nə etdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR