Serj Sarkisyan da istintaqa cəlb olunacaq

Serj Sarkisyan da istintaqa cəlb olunacaq
14:38 16 Avqust 2018
33 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da 1 mart hadisələri ilə bağlı istintaqa cəlb olunacaq.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan deyib.

“Dəfələrlə bildirmişik ki, 1 mart hadisələri ilə bağlı olan hər kəs dindiriləcək, həmçinin, Serj Sarkisyan”, - deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda onlarla insanın ölümünə səbəb olan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi açılıb. Həmin vaxt prezident olan Robert Koçaryan həbs edilib, həmçinin, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov haqqında cinayət işi açılıb. Xaçaturov pul girovluğu qarşılığında azad edilib, lakin üzərindəki cinayət işi hələ də davam edir. Robert Koçaryan da bir müddət həbsdə qaldıqdan sonra azad olunub. Hazırda cinayət işi davam edir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/250709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR