Kabildə kəşfiyyat xidmətinin mərkəzinə hücum edildi

Əfqanıstanın paytaxtı Kabildə şəhərində ölkənin kəşfiyyat xidmətinin təlim mərkəzinə silahlı hücum olub.

Metbuat.az "Miliyyet.com"a istinadla bildirir ki, Daxili işlər Nazirliyi sözçüsü Nəcib Daniş bölgəyə çox sayda polis əməkdaşının cəlb olunduğunu açıqlayıb.

İlkin məlumata görə, binaya gedən bütün küçələr nəqliyyata bağlı elan olunub.

Hücuma görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.

Xatırladaq ki, Kabildə dünən kəşfiyyat təlim mərkəzinə edilən hücum nəticəsində 48 nəfər ölmüşdü.

Aysel Yaqubqızı / Metbuat.az

Kabildə dəhşətli partlayış: 48 ölü, 67 yaralı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR