Təslim olan qadın terrorçular danışdı - "Təcavüzə uğrayırdıq"

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) PKK-ya qarşı əməliyyatları uğurla davam etdirilir. Təhlükəsizlik qüvvələri son bir il içərisində təslim olan 297 qadın terrorçunun ifadələrindən hesabat hazırlayıb.

Metbuat.az-ın "Sabah.com.tr"yə istinadla məlumatına görə, hesabatdakı ifadələr qadın terrorçuların yaşadıqları cəhhənəm həyatını ortaya qoyub.

Terrorçulardan birinin sözlərinə görə, Kandil deyilincə ağla təcavüz gəlir:

"Kandildə qadın kimlərinsə istifadə etdiyi əşyadır. Həm mənim, həm də qohumumun bədəni bunları yaşayıb. İdarəçi komandanın cinsi vəhşiliyi qadınlarla məhdudlaşmır. Suriyadan qaçırılıb gətirilən azyaşlı qızlara belə təcavüz edirlər. Duran Kalkan düşərgələrdə qadınlar arasında "Manyak Abbas" olaraq tanınır".

Terrorçu Dilan Hebun adlı qadının açıqlaması da tükürpədicidir:

"Qadınsansa, təkcə aclığa və yoxluğa deyil, rəhbərlərin bədənini istədiyi kimi istifadə etməsinə dayanmaq məcburiyyətindəsən".

Aysel Yaqubqızı / Metbuat.az

DƏHŞƏT: Lövhə insanların üstünə düşdü - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR