Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransanın
prezidenti Emmanuel Makronla telefonda danışıb.
Publika.az xəbər verir ki, Ərdoğanla Makron iki ölkə
arasındakı münasibətlər və regional proseslərlə bağlı müzakirə
aparıb.
Liderlər iki ölkə arasındakı iqtisadi münasibətlərin
genişləndirilməsi məsələsinə də toxunublar. Ərdoğanla Makron iki
ölkənin maliyyə nazirlərinin yaxın günlərdə görüşü haqqında
razılaşıblar.
Makron Türkiyə iqtisadiyyatında sabitliyin Fransanın maraqlarına
uyğun olduğunu bildirib.
Asif