Elçin Mirzəbəyli: Ermənistanda Türkiyə ilə bağlı məsələni qabartmaqla ictimai rəyi dəyişdirməyə çalışırlar

Elçin Mirzəbəyli: Ermənistanda Türkiyə ilə bağlı məsələni qabartmaqla ictimai rəyi dəyişdirməyə çalışırlar
16:58 16 Avqust 2018
68 Digər
Ölkə mətbuatı
A- A+

“Türkiyə iqtisadiyyatının sabitləşdirilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılıb. Bu addımlar artıq müəyyən qədər öz nəticəsini verməkdədir”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli ABŞ-ın Türkiyəyə maliyyə sanksiyası tətbiq etməsindən sonra yaranan gərgin mühitdən və Türkiyə lirəsinin dəyərini itirməsindən sonra görülən tədbirlərdən danışarkən deyib.

E.Mirzəbəyli bildirib ki, dolların Türkiyə lirəsi üzərindəki təzyiqi faktiki olaraq götürülüb və lirə özünün əvvəlki dəyərinə qayıtmağa başlayıb.

“Lakin təəssüf ki, ABŞ-la Türkiyə arasındakı münasibətlər təkcə Türkiyənin iqtisadiyyatına deyil, bütövlükdə region dövlətlərə bu və ya digər şəkildə təsir göstərir. Arzuolunan deyil. Türkiyəyə qarşı siyasi bəyanatlar səsləndirilsə də, ortada səthi fikirlərin də olduğu görünür. Lakin Amerika Birləşmiş Ştatlarının hərbi komandanlığının Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, bu ölkə ilə NATO-da hərbi müttəfiqliyin olması iki dövlət arasında münasibətlərin tükənmədiyini göstərir. Ölkələr arasında münasibətlərin tənzimlənməsi üçün yeni yollar, imkanların yarandığını da söyləmək olar”.

Politoloq qeyd edib ki, Türkiyə ilə ABŞ-ın münasibətlərində yaranan soyuqluq bölgədə kiçik bir qığılcımdan istifadə edib böyük münaqişələr yaratmağa meyilli olan erməniləri aktivləşdirib:

“Ermənistan Türkiyədə baş verən istənilən hadisədən öz maraqları üçün yararlanmağa çalışıb. Əgər Türkiyə ilə ABŞ arasında gərginlik yaşanıbsa, bu, Ermənistanı hərəkətə keçirə və qondarma soyqırım iddialarının gündəmə gətirilməsi, ABŞ tərəfindən tanınmasına gətirib çıxara bilər. Təbii ki, bütün bunlar fərziyyələrdir və düşünürəm ki, bu addım bütövlükdə, qırılma nöqtəsi yaradar ki, ABŞ da bunu kifayət qədər yaxşı başa düşür. Eyni zamanda, ermənilərə qarşı qondarma soyqırım məsələsi təkcə Türkiyənin siyasi hakimiyyəti ilə bağlı yox, türk xalqının özü ilə bağl olan məsələdir. Amerikanın isə türk xalqını qarşısına alacağını və ümumiyyətlə, bu niyyətdə olduğunu düşünmürəm. Hələ ki, gərginliyin ortadan qaldırılmadığı və müəyyən bəyanatların havada olduğu dövrdə Ermənistan bundan yaralanmağa çalışacaq. Həm də iki ölkə arasında prosesdən diqqəti yayındırmağa, eyni zamaanda, insanların ümidlənməsinə gətirib çıxarar. Çünki Paşinyanın ətrafında baş verənlər ona qarşı ittihamları kəskinləşdirib. Son günlərdə Ermənistanın baş nazirinin mövqelərində kifayət qədər büdrəmələrin olduğunu görürük. Köçəryanın azadlığa buraxılması ona qarşı olan etirazları daha da alovlandırıb. Ermənistanda da Türkiyə ilə bağlı məsələləri qabartmaqla növbəti dəfə ictimai rəyi başqa istiqamətdə dəyişdirməyə çalışırlar. Ancaq bu üsulun effektiv nəticə verəcəyi gözlənilmir”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/250721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR