"Xanım-xatın olmuşam" - Mina Sovetski qayıtdı

Bir vaxtlar Mina Sovetski kimi tanınan müğənni Mina Hüseyn yeni seriala çəkilir.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, Mina Hüseyn ATV-də yayımlanan "Bacanaqlar" serialının yeni mövsümündə baş rollardan birini oynayacaq.

Saytımıza özəl açıqlama verən müğənni bunları qeyd edib:

"Əslində, "Bacanaqlar"da bir dəfə qonşu obrazını oynamışam. Bu dəfə isə baş rollardan birini ifa edəcəyəm. Digər kanallarda ara-sıra efirə çıxıram. Türkiyədə aktyorluq sənəti üzrə təhsil almışam. 18 yaşım olanda bir gənc kimi fərqli bir şey etmək istəmişdim və fərqli obrazda efirlərə çıxırdım. 21 yaşımda stilimi tamam dəyişdim. İndi xanım-xatın qız olmuşam".

Qeyd edək ki, Mina Sovetski bir vaxtlar "İstəyirəm..." mahnısı ilə məşhurlaşmışdı.

Pensiyaçılara bayram müjdəsi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR