“Tramp seçkiqabağı kampaniyası dövründə Moskva ilə...” – MKİ-nin sabiq şefi

“Tramp seçkiqabağı kampaniyası dövründə Moskva ilə...” – MKİ-nin sabiq şefi
20:13 16 Avqust 2018
42 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Con Brennan ABŞ prezidenti Donald Trampı 2016-cı il seçkiqabağı kampaniyası dövründə Moskvayla sözləşmədə ittiham edib.

Publika.az xəbər verir ki, sabiq kəşfiyyat şefi bu haqda “Nyu York Tayms” nəşrinə açıqlamasında deyib.

“Rusiya ilə sözləşmənin olmadığı barədə Trampın bəyanatlarını bir sözlə xarakterizə etmək olar: cəfəngiyat”, - Brennan iddia edib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders elan edib ki, prezident Tramp Brennanın məxfi informasiyaya girişini geri çağırıb.

Brennan 2013-cü ildən 2017-ci ilə qədər MKİ-yə başçılıq edib, daha əvvəl isə terrorizmlə mübarizə məsələləri üzrə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın məsləhətçisi olub. Brennan 2017-ci il yanvarın 20-də - Trampın inaqurasiyası günündə postunu tərk edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR