“Qarabağ” üçün SON ADDIM: rəqib bəlli oldu

“Qarabağ” üçün SON ADDIM: rəqib bəlli oldu
01:28 17 Avqust 2018
54 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Ağdam klubu Avropanın nüfuzuna görə ikinci turnirinin qrup mərhələsinə düşmək üçün Moldova çempionu “Şerif”i mübarizədən kənarlaşdırmalıdır.

“Şerif” Avroliqanın üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında İslandiyanın “Valyur” klubuna 2-1 hesabı ilə məğlub olsa da, evdə qazanılan 1-0 hesablı qələbə sayəsində mərhələni keçə bilib.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək. İlk oyun Moldovada baş tutacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/250760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR