CİA-nın 30 agentini edam etdilər - ŞOK DETALLAR

CİA-nın 30 agentini edam etdilər - ŞOK DETALLAR
03:58 17 Avqust 2018
35 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) Çindəki şəbəkəsi ifşa edilib. 30 casus ələ keçərək edam olunub.

Bu barədə ABŞ-ın xarici siyasət üzrə ixtisaslaşmış jurnalı "Foreign Policy"də məlumat dərc edilib.

Dərgi CİA-nın indiki və keçmiş 5 əməkdaşına istinad edərək yazıb ki, 2010-cu ilə qədər Agentliyin Çindəki fəaliyyəti yaxşı gedib, amma sonrakı illər casuslar bir-bir ifşa olunaraq yaxalanıblar. Hələ bir neçə il öncə "New York Times" qəzeti Çində 2010-2012-ci illərdə CIA-ya çalışan 12 nəfərin edam edildiyini yazıb.

Amma Agentliyin əməkdaşları "Foreign Policy"ə açıqlamasında edam olunan casusların 12 deyil, 30 nəfər olduğunu bildiriblər.

"CIA Çində özəl əlaqə şəbəkəsi qurub və şəbəkənin üzvləri özlərini təhlükəsiz hiss ediblər. Amma Çin kəşfiyyatı şəbəkəyə sıza bilib və üzvləri bir-bir yaxalayıblar", deyə məlumatda qeyd olunur.

Şəbəkə ifşa olunandan sonra, 2010-cu ilin sonlarında Federal Təhqiqat Bürosu (FBI) məsələ ilə bağlı araşdırma aparıb. Tədqiqatçıların qənaətinə görə, kəşfiyyat şəbəkəsində Çinə məlumat ötürən köstəbək olub. Hətta onun adı da açıqlanıb. Bu, CİA-nın keçmiş əməkdaşı Jerry Chun Shing Leedir (Teleqraf.com).


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/250756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR