Analitiklər dünyanın ən kövrək 5 valyutasını açıqladılar – SİYAHI

Analitiklər dünyanın ən kövrək 5 valyutasını açıqladılar – SİYAHI
04:38 17 Avqust 2018
Ölkə mətbuatı
A- A+

“Blomberg” agentliyinin iqtisadçıları türk modeli üzrə dünyanın ən kövrək iqtisadiyyatlarını müəyyən ediblər.

Publika.az xəbər verir ki, agentlik ödəmə balansı və əhəmiyyətli xarici borcun böyük defisiti problemləri ilə üzləşmiş iqtisadiyyatların yeni “kövrək beşliyi”nə (Fragile Five) Türkiyə, Argentina, Kolumbiya, Cənubi Afrika Respublikası (CAR) və Meksikanı daxil ediblər.

Agentliyin ekspertləri Ziad Daud və Tom Orlik “Türk lirəsi dağıdılıb: növbəti kimdir?” başlıqlı məqalədə bildirirlər ki, məhz Argentina, Kolumbiya, CAR və Meksika Türkiyəyə oxşar, lakin o qədər də kəskin olmayan simptomları göstərir.

Qeyd edək ki, “kövrək beşlik” ifadəsi ilk dəfə 2013-cü ildə “Morgan Stanley” bankının analitikləri tərəfindən istifadə edilib. Onlar Braziliya, İndoneziya, CAR, Hindistan və Türkiyənin valyutalarını dünyanın ən kövrək 5 valyutası kimi göstərmişdilər. Bundan sonra müxtəlif ekspertlər müxtəlif meyarlar üzrə “kövrək beşliyin” öz versiyalarını yaradırdılar.

Qeyd edək ki, son bir ay ərzində Türkiyə lirəsi ABŞ-ın iqtisadi embarqoları fonunda kəskin ucuzlaşıb. Lirə son bir ay ərzində dollar qarşısında 20, ilin əvvəlindən isə 40 faiz dəyərini itirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/pul/250761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR