ABŞ və Türkiyə arasında KRİTİK GÖRÜŞ – Razılaşma əldə olundu

ABŞ və Türkiyə arasında KRİTİK GÖRÜŞ – Razılaşma əldə olundu
05:38 17 Avqust 2018
113 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da Respublikaçılar Partiyasının öndə gələn adlarından olan senator Lindsi Qrem və Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç arasında görüş keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə amerikalı rahib Endryu Branson mövzusu və ikitərəfli münasibətlər müzakirə edilib.

Amerikalı senator tvitterdən etdiyi paylaşımda “Türkiyə səfiri ilə rahib Branson və digər mövzular barədə səmimi və məhsuldar bir görüş keçirdim” yazıb.

“İkitərəfli münasibətlərlə bağlı senator Qrem ilə konstruktiv və səmimi bir görüş keçirdik. Qurucu bir dialoq üçün diplomatik kanalların açıq saxlanılmasının əhəmiyyətli olduğuna dair razılaşdıq”, - Türkiyə səfiri sosial şəbəkədəki səhifəsində qeyd edib.

Qeyd edək ki, Qrem ötən həftə sonu “Fox TV”-yə açıqlamasında Türkiyə ilə əlaqələrin bərpa edilməsi cağırışı etmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR