ABŞ İranla dialoqun başlanması üçün Trampın ilkin şərtini açıqladı

ABŞ İranla dialoqun başlanması üçün Trampın ilkin şərtini açıqladı
06:28 17 Avqust 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp yalnız öz siyasi kursunda fundamental dəyişikliklərə sədaqətini nümayiş etdirəcəyi halda İran rəhbərliyiylə dialoqa hazır olacaq.

Publika.az TASS agentliyinə istinadən xəbərverir ki, bu haqda Dövlət Departamentində mətbuat konfransı zamanı Vaşinqtonun Tehran barəsində siyasətinin koordinasiyası üzrə xüsusi qrupa başçılıq edən Huk Brayn bildirib.

Huk həmçinin ABŞ və İran arasındakı münasibətlərin normallaşması üçün ilkin şərtləri açıqlayıb.

“Sanksiyaların zəifləməsi, ABŞ-la tam ölçüdə diplomatik və ticarət münasibətlərinin bərpa olunması, həmçinin Birləşmiş Ştatlarla iqtisadi münasibətlərin yenilənməsi yalnız onda başlana bilər ki, İran rejimi öz davranışının dəyişdirilməsinə ciddi köklənənəcək”, - diplomat əlavə etdi.

Onun sözlərinə görə, Vaşinqton Amerika sanksiyaların tam bərpasından sonra İranla ticarətə görə ikinci sanksiyalara məruz qalmaması üçün başqa ölkələrlə işləyəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR