Ukraynalı deputatlar gey-parad mövzusuna görə efirdə dalaşdılar - VİDEO

Ukraynalı deputatlar gey-parad mövzusuna görə efirdə dalaşdılar  - VİDEO
07:38 17 Avqust 2018
Ölkə mətbuatı
A- A+

Ukraynanın Ali Radasının Radikal Partiyasından olan üzvü İqor Mosiyçuklə “Xalqın iradəsi” deputat qrupunun nümayəndəsi Sergey Şaxov arasında "Pryamoy" telekanalının efirində dava baş verib.

Publika.az xəbər verir ki, dava Şaxovun sözlərindən sonra başlanıb.

O, Mosiyçuka gey-paradlarda iştirak etməməli olduğunu bildirib. Bundan sonra İqor Mosiyçuk yerindən qalxaraq Şaxovdan üzr istəməyi tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Telekanal əməkdaşlarının müdaxiləsi ilə aranı sakitləşdirmək mümkün olub, lakin telekanalın öz feysbuk səhifəsində yazdığına görə, deputatlar arasında dava verilşdən sonra liftdə də davam edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/video/250765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR