Bu günə olan

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 28-33°, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi normadan aşağı-756 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-23° dərəcə isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Günün ulduz falı - 17 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR