DBX diri heyvanların satışı aparılan rayonların icra başçılarına müraciət ünvanlayıb

Dövlət Baytarlıq Xidməti diri heyvanların satışı aparılan rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlayıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, müraciətdə ölkə ərazisində mövcud olan epizootik vəziyyətin sabitliyinin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonda fəaliyyət göstərən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilməsinə zərurət yarandığı bildirilir.

Müraciətdə rayon baytarlıq idarələrinin mütəxəssisləri tərəfindən qeyd olunan tədbirlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun rayon ərazisində operativ şəkildə həyata keçirilməsinə əməli köməklik göstərilməsindən və qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilir.

Günün ulduz falı - 17 avqust, 2018 - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR