Bu şəhərdə küçədə oturmaq QADAĞAN EDİLDİ

Bu şəhərdə küçədə oturmaq QADAĞAN EDİLDİ
10:23 17 Avqust 2018
105 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Besançon şəhərində küçədə oturmaq və spritli içki qəbul etmək qadağan olunub.

Publika.az xəbər verir ki, ölkənin şərqində yerləşən Besançon şəhərinin bələdiyyəsi dilənçilik fəaliyyətinin qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

Bələdiyyə sədri Jean-Luiz Fousseret şəhərin böyük qismində tətbiq ediləcək oturma, uzanma, spirtli içki qəbulunu və toplaşmağı qadağan edən bələdiyyə məclisi qərarını təsdiq edib.

İlk mərhələdə 30 sentyabra qədər tətbiq ediləcək qərar bazar günü xaric olmaqla həftəiçi hər gün 10:00-20:00 saatlarında keçərli olacaq. Gərək olarsa, qadağa yenidən uzadılacaq.

Qanunu pozan vətəndaş 38 avro cərimə ödəməli olacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/250776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR