Cəlilabadda evdə yanğın olub - Xəsarət alan var

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

BENZİN BAHALAŞACAQ? - İqtisadçılardan ŞƏRH - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR