Misir mumiyalarının sirri ortaya çıxdı - ARAŞDIRMA

Antik Misir dövründən qalma bir mumiyanın üzərində aparılan tədqiqatlar mumiyalama üçün istifadə edilən balzamın tərkibini ortaya çıxarıb.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki. eramızdan əvvəl 3500 – 3700-cü illər arasında mumyalandığı ortaya çıxan cəsəd, mumiyalamanın təxmin ediləndən daha əvvəl inkişaf etdirildiyini və daha geniş şəkildə istifadə edildiyini göstərib.

İtaliyanın Turin şəhərindəki muzeydə tapılan mumiya üzərində aparılan araşdırmanın nəticələrinə görə, mumiyalamada istifadə edilən mayenin nədən ibarət olduğu ortaya çıxıb.

Tədqiqatda iştirak edən elm adamları bu mayeyə aid bütün kimyəvi barmaq izlərini araşdırıblar. Nəticədə mumiyalamada istifadə olunan balzamın bitki yağı və küncütdən hazırlandığı öyrənilib.

Tədqiqatçılar mumiyalama prosesini bu qədər mükəmməl bir şəkildə göstərən başqa bir mumiyanın olmadığını bildiriblər.

BENZİN BAHALAŞACAQ? - İqtisadçılardan ŞƏRH - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR