Cəlilabadda evdə yanğın - bir nəfər xəsarət aldı

Cəlilabadda evdə yanğın - bir nəfər xəsarət aldı
12:05 17 Avqust 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/677310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR