Bakıda təcilli yardım maşını qəza törətdi

Bakıda təcilli yardım maşını qəza törətdi
21:39 12 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda təcilli yardım maşını qəzaya düşüb.

 

Lent.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 19.00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 90 JM 618 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobili "VAZ-21099" markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

 

 Qəzadan sonra "VAZ-21099" markalı maşın hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub. Həmin xəstə hadisə yerinə gələn başqa bir təcilli yardım maşını ilə xəstəxanaya aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR