İranda atışma olub - 4 əsgər yaralanıb

İranın Kürdüstan əyalətinə bağlı Əbu Həsən kəndi yaxınlığında təhlükəsizlik qüvvələri ilə bir qrup şəxs arasında silahlı atışma olub.

Metbuat.az "Milliyyet.com"a istinadla xəbər verir ki, hadisə nəticəsində 4 İran əsgəri yaralanıb. Yaralılar dərhal xəstəxanaya aparılıb.

Kürdüstan əyaləti vali yardımçısı Hüseyn Hoşikbal hadisənin təfərrüatlarının ortaya çıxarılması üçün araşdırmaların davam etdiyini bildirib.

Silahlı hücuma görə hələ ki, məsuliyyəti heç kim üzərinə götürməyib.

Aysel Yaqubqızı / Metbuat.az

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR