Almaniyada sərnişin avtobusu arxa aşdı - Yaralılar var

Almaniyada sərnişin avtobusu arxa aşdı - Yaralılar var
12:47 17 Avqust 2018
81 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada "Flixbus" şirkətinə məxsus avtobus qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident Rostok şəhərində qeydə alınıb.

Magistralda hərəkət edən avtobus yoldan çıxaraq arxa aşıb. Qəza nəticəsində 6 nəfər ağır yaralanıb, daha 10 nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

Hazırda magistral yolun Berlin istiqamətində olan hissəsində hərəkətin bağlı olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmaya başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/677318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR