Sənətkarlar İlhamə Quliyevanı belə yad etdilər... FOTOLAR

Bu gün Azərbaycanın xalq artisti mərhum İlhamə Quliyevanın doğum günüdür.

O, Azərbaycan musiqi tarixində əbədiyaşar müğənnilər siyahısındadır.

Metbuat.az İ.Quliyevanın doğum günü münasibəti ilə həmkarlarından münasibət öyrənib. Beləliklə, müğənnilərimiz İlhamə Quliyevanı necə xatırlayırlar?

Əməkdar artist Elza Seyidcahan bütün umu-küsünü unutduğunu bildirib:

“Onu həmişə xatırlayıram. Çünki o, mənim mahnılarımı oxuyub. Hər dəfə "Ağ çiçəyim"i oxuyanda yadıma düşür. Çünki mən həssas adamam. Onun mahnımızı oxumaq üçün studiyaya necə gəldiyini, səs yazmasına qədər xatırlayıram. O, bizim görkəmli, unudulmaz sənətkarımızdır. Ruhu şad olsun! Allah rəhmət eləsin! Mən bəstəkar kimi özümü xoşbəxt sayıram. İlhamə xanım kimi ölməz sənətkar mənim əsərimi oxuyub. O, Fikrət Əmirov, Cahangir Cahangirov, Elza İbrahimova kimi dahi insanların bəstələrini oxumuş sənətkardır. Bu bəstəkarlar arasında mənim yerim varsa, bunun üçün fəxr edirəm. Arada söz aparıb-gətirənlərə də mən baş qoşmuram. Çünki sənətlə məşğulam. Ona görə də ondan heç bir incikliyim qalmayıb”.

Müğənni Manaf Ağayev də sənətkarı həmişə xatırladığını bildirib:

“İndi Təyyarədən danışıram sizinlə. Ölənin dalınca ancaq "Allah rəhmət etsin" deyərlər. Ruhu şad olsun! Çox sağ olun ki,belə gündə məndən də açıqlama almağı düşünmüsünüz”.

Müğənni Xatirə İslam da sənətkara rəhmət dilədi:

“Mən indi Azərbaycanda deyiləm. Allah rəhmət eləsin! Yeri cənnət olsun”.

46 yaşlı aparıcının bikinili FOTOSU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR