Bu şəhərdə küçədə oturmaq QADAĞAN EDİLDİ

Fransanın Besançon şəhərində küçədə oturmaq və spritli içki qəbul etmək qadağan olunub.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Besançon şəhərinin bələdiyyəsi dilənçilik fəaliyyətinin qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

Bələdiyyə sədri Jean-Luiz Fousseret şəhərin böyük qismində tətbiq ediləcək oturma, uzanma, spirtli içki qəbulunu və toplaşmağı qadağan edən bələdiyyə məclisi qərarını təsdiq edib.

İlk mərhələdə 30 sentyabra qədər tətbiq ediləcək qərar bazar günü xaric olmaqla həftəiçi hər gün 10:00-20:00 saatlarında keçərli olacaq. Gərək olarsa, qadağa yenidən uzadılacaq.

Qanunu pozan vətəndaş 38 avro cərimə ödəməli olacaq.

BENZİN BAHALAŞACAQ? - İqtisadçılardan ŞƏRH - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR