Bakıda təcili yardım maşını qəza törətdi, xəsarət alan var

Bakıda təcili yardım maşını qəza törətdi, xəsarət alan var
21:42 12 Yanvar 2015
156 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda təcilli yardım maşını qəzaya düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 90 JM 618 dövlət nömrə nişanlı təcilli tibbi yardım avtomobili "VAZ-21099" markalı minik maşını ilə toqquşub. Nəticədə bir nəfər yüngül xəsarət alıb.

Qəzadan sonra "VAZ-21099" markalı maşın hadisə yerindən uzaqlaşıb. Hadisə baş verən zaman təcilli yardım maşınında xəstə olub. Həmin xəstə hadisə yerinə gələn başqa bir təcilli yardım maşını ilə xəstəxanaya aparılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR