Çin təyyarələri 50 000 amerikalı hərbçini HƏDƏF ALDI - Sakit okeanda gərginlik PİK HƏDDƏ

Çin təyyarələri 50 000 amerikalı hərbçini HƏDƏF ALDI - Sakit okeanda gərginlik PİK HƏDDƏ
15:23 17 Avqust 2018
69 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Çinin bombardman təyyarələri ilə özünə aid torpaqlardan kənarda təlimləri artırdğını bildirib.

Publika.az xəbər verir ki, bu təyyarələrin Sakit okeandakı ABŞ və müttəfiqlərini hədəf almaq üçün təlimatlandırılması ehtimal edilir.

“Biznesinsayder”in xəbərinə görə, Pentaqon Çinin hərbi fəaliyyəti ilə bağlı Konqresə təqdim etdiyi illik hesabatda Çin Xalq Azadlıq Ordusunun suüstü bombardman fəaliyyət sahələrini sürətlə genişlədirdiyi, kritik sahələrdə təcrübə qazandığı və ABŞ ilə müttəfiqlərini hədəf almaq üçün təlimlər keçdiyi bildirilib.

PLA bombardman təyyarələri ötən il Yapon dənizi vasitəsilə Qərbi Sakit okeanda, Tayvan ətrafında, Şərqi və Cənubi Çin dənizində bir sıra uçuşlar həyata keçirib. Bu uçuşların sayı 2015 və 2016-cı illərdə 4, 2013-2014-cü illərdə 2 olub.

Çin Hava Qüvvələrinə aid 6 H-6K bombardman təyyarəsinin 50 000-ə yaxın ABŞ əsgərinin məskunlaşdığı Yaponiyanın Okinava əyaləti üzərində uçmasına xüsusi diqqət çəkilib.

Pentaqon Çinin müdafiə xərclərini 2017-ci ildə 190 milyard dollara çıxardığını ehtimal edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/250805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR