Karate üzrə "Baku Open" turniri keçiriləcək

Sentyabrın 28-də ənənəvi "Baku Open" turniri start götürəcək.

Metbuat.az-a Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, 9-cu dəfə təşkil edilən turnir keçmiş SSRİ-də karatenin 40 illik yubileyinə həsr olunur.

Üç gün davam edəcək turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları dəvət olunub.

Bakı İdman Sarayında keçiriləcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR