Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq

Yaxın zamanlarda Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq.

Metbuat.az-ın məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibləri ilə görüşü zamanı deyib.

Nazirin sözlərinə görə, bütün səylər ona yönəlib ki, Azərbaycan startapları hər zaman alternativ maliyyə mənbələrinin axtarışında olsun: “Bugünkü günədək Dövlət Fondu tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində 903 innovativ layihə təqdim olunub. Onlardan 117-nə qrantlar ayrılıb. Reallaşdırılan layihələrdən 20-i kommersiyalaşdırılıb. Hesab edirəm ki, verilən qrantlar startapçıların biznes qurmasında vacib rol oynayır”.

Nazir əlavə edib ki, qrant müsabiqələri yolu ilə Fond tərəfindən seçilmiş 100-dən çox startap layihəsi dövlət tərəfindən maliyyələşdirilib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR