Azərbaycan helikopterləri hədəfləri məhv etdi - VİDEO

Azərbaycan helikopterləri hədəfləri məhv etdi - VİDEO
18:58 17 Avqust 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələri (HHQ) helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aviasiya vasitələrinin ümumqoşun hissələrinə havadan atəş dəstəyinin həyata keçirilməsi üzrə tapşırıqlar icra edilib.

Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv ediblər.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub.

Döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/250822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR