Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək

Metronun "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində adi qaydada işləyəcək
19:58 17 Avqust 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyası qarşıdakı istirahət günlərində (avqustun 18-19-da) adi qaydada işləyəcək.

Publika.az xəbər verir ki, təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən saat 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.

Sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı avqust ayının 8-dən, müvəqqəti, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 20-dən tətbiq ediləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/250826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR