Qoç - yaxın ətrafınızdakı insanların
planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək
olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin.
Maraqlı məlumatlar ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.
İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam
sakitlik qədər xoş təsir göstərəcək.
Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı
yaxşılaşdıracaq.
Buğa - intuisiyanızın səsinə qulaq asın. Cari
məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam
məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana
apara bilər.
Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.
Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara
qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara
qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri
real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar.
Əkizlər - önəmli, ciddi məsələlərdə
tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş
çərçivədən kənara çıxmayın, qaydalara riayət edin.
İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının
müzakirələrinə qatılmayın.
Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun.
Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin.
Tapşırıqları qulaqardına vurmayın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - dəyərlər sisteminiz bu gün problemlər
yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və
uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun
müəyyənləşdirilməsindən asılıdır.
Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki
verəcəksiniz.
Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə
qarşılaşmayasınız.
Dost məsləhəti faydalı ola bilər.
Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.
Şir - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa
çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman
deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin
həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın.
Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər
yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən
qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə
ləngimələr yarada bilər.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Qız - verdiyiniz sözlərə əməl edin, vədləri
unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə
yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə
dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan
istifadə edin.
Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli
olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili
olmayan işləri bir qədər təxirə salın.
Astagəllik etməyin.
Tərəzi - iş həyatınızın yeganə mənası deyil.
Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə
nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və
imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan
imtina etmək gərəkdir.
Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə,
situsiyaya kəskin müdaxilələr etməyin.
Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.
Əqrəb - rutin, yeknsək işlər sizi usandıra
bilər. Maraqlı məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın.
Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli
olsanız yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və
bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi
münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və
içgüdülər sizi aldatmayacaq.
Axşam saatlarında stressdən qurtulmağa can atın.
Oxatan - cari işlərlə məşğul olun. Əyləncə və
istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın.
Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə
irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail
ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər
edin.
Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız
dəyişəcək, niyyətləriniz fərqli olacaq.
Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə
həvəsli olmayın.
Oğlaq - deyilən hər sözə kor-koranə inanmayın.
Aldığınız informasiyanın yanlış və ya yalan olması istisna deyil.
Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız
kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.
Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal "üsyan"a
qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla
münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı
anlaşılmazlığı aradan qaldırmaq olar. Nufuzunuz və mövqeləriniz
barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı
münasibətləri möhkəmləndirin.
Dolça - kollektivdəki şərait qarşılıqlı
yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində
yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə
onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə
toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını
aradan qaldırın.
Emosional olmayın.
Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil.
Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi
unutmayın.
Balıqlar - günün ilk yarısından etibarən baş
verənləri anlamağa çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların
yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla
təmaslarda diqqətli, qayğıkeş olun.
Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin
situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə
problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və
inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı
kəskin mübahisələrə başlamayın.
İstənilən mübahisənin kompromis həlli var.