Sloveniyanın yeni baş nazirinin kimliyi məlum oldui

Sloveniyanın yeni baş nazirinin kimliyi məlum oldui
00:58 18 Avqust 2018
34 Digər
Ölkə mətbuatı
A- A+

Sloveniya parlamenti regional siyasətçi Maryan Şaretsi ölkənin Baş naziri vəzifəsinə seçib.

Solçuların dəstəyini qazanan siyasətçiyə 99 deputatdan 55-i səs verib.

40 yaşlı M.Şarets ən gənc Baş nazir kimi Sloveniya tarixinə düşüb.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində keçmiş baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazansa da, koalisiya danışıqlarında özünə tərəfdaş tapa bilməyib.

Beş partiyadan ibarət koalisiya yaradan M.Şarets isə bu vəzifənin öhdəsindən gələrək, parlamentdən yeni hökuməti təşkil etmək səlahiyyətini əldə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/250844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR