Yetkinlik yaşına çatan qızların sinəsini kəsirlər - DƏHŞƏTLİ FOTOLAR

Yetkinlik yaşına çatan qızların sinəsini kəsirlər - DƏHŞƏTLİ FOTOLAR
09:23 18 Avqust 2018
154 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün dünya ölkələrində qadınlara qarşı təcavüzün qarşısını almaq məqsədilə bir sıra tədbirlər, maarifləndirici layihələr həyata keçirilir. Təəssüf ki, iyirmi birinci əsrdə hələ də qadınların, qızların fiziki quruluşu təcavüzün səbəbi olaraq göstərilir. Afrikada qızları təcavüzdən qorumaq üçün dəhşətli işgənclər tətbiq edilir. Və bu işgəncələr təcavüz edənə qarşı deyil, məhz yetkinlik yaşına çatmış qızlara tətbiq edilir.

Həddi-buluğa çatmış qızların içərisində sinəsi daha qabarıq olanlara ağlagəlməz işgəncələr verilir. Daşı qızdırıb qızların sinələrinə basaraq onların qabarıq forma almasının qarşısını almağa çalışırlar. Onların düşüncəsinə görə, bu əks cinsin nümayəndələrini təcavüzə zəmin yaradır.

Bu cəmiyyətlər hələ də əks cinsdə heç bir günah görmürlər. Faktla bağlı Birləşmiş Millətlər təşkilatı, eləcə də çox sayda beynəlxalq qadın cəmiyyətləri kəskin reaksiyalar veriblər.

9 yaşında qızlara belə tətbiq edilən amansız işgəncələr içərisində sinəsi kəsilən uşaqların olduğu da deyilib. Statistikaya görə, Afrikanın bir çox ərazilərində hələ ana quzusu sayılan qızlara tətbiq edilən işgəncələr 26% artıb.

Bu işgənclərin nəticəsində qızlar ailə qurduqdan sonra süd vəzlərində yaranan problemlərdən dolayı uşaqları əmizdirə bilmirlər. Sinələri əzilərək, yandırılaraq və bəzən də kəsilərək "təcavüzdən" qorunan qızların əksəriyyəti işgəncə anında güclü ağrılardan, bir qismi isə infeksiya yoluxması ilə həyatını itirib. Mütəxəssislər bunun xərçəng xəstəliyinə belə yol açdığını bildiriblər.

Ailələr qızlarının sinəsini ütülədikdən sonra yaraları dəri və parça lentlərlə bağlayır. Günlərlə dəyişilməyən sarğılar qızların eyş-işrətdən uzaq olduğunun və namuslu ev qızı olduğunun nümunəsi hesab edilir. Bu cəmiyyətlər qadınların və qızların öz bədənlərindən utanmasını tələb edir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/208527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR